Millət vəkili Elnur Allahverdiyev növbəti vətəndaş qəbulu keçirib. Vətəninfo.az xəbər verir ki, qəbulda sakinlərlə yanaşı, müxtəlif problemlərinin həllinə kömək istəyən və ya məsləhətə ehtiyac duyan vətəndaşlarımız da iştirak edib.
Millət vəkilinin seçildiyi ərazidə yaşayan qazi və müharibə iştirakçıları ilə də görüşüb. Saytımıza açıqlamasında millət vəkilləri görüşlə bağlı fikirlərini bildirib.
“Onları görmək, dinləmək hər zaman xoşdur və hər birimiz üçün qürurvericidir. Bir qazimizlə övladları da gəlmişdi. Ataları kimi aslan ürəklidirlər, cəsur övlad tərbiyyəsi alırlar. Şəhid anası və şəhid atası ilə söhbətləşdik, qayğıları ilə maraqlandıq. Onları narahat edən məsələləri nəzarətə götürdük. Görüşdə qaldırılan problemlər müxtəlif səpkilidir. Mənzil, məşğulluq, pensiya və s. Günü sabahdan səsləndirilən problemlərin çözümü istiqamətində lazımi işlərə start veriləcək”- deyə Eınur Allahverdiyev bildirib.