“Sabah xalqımız Müstəqillik gününü qeyd edəcək”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, AXC qısa müddətdə öz hökumətini qurmuşdu: “AXC ənənələri bu gün də xalqımız tərəfindən davam etdirilir. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün təməllər atıldı. Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni siyasət bizi yeni qələbələrə aparır. Bu gün dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan qarşısında yeni inkişaf meylləri açıb. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində Azərbaycan gələcək daha böyük uğurlara imza atacaq”.
Sədr təklif edib ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar təklifi qəbul edib və təklif alqışlarla qəbul edilib.