“Sabah ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu
gün dünyanın ən güclü orduları sırasında yer alır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin
44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdığı şanlı səhifələr xalqımızın qürur
mənbəyidir.
Qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb
hərbi əməliyyatları yerinə yetirməyə qadir olduğunu nümayiş etdirmişdir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış
Ermənistan silahlı qüvvələri darmadağın edilmiş, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən
əsarətindən xilas edilmişdir.
Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı
döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını biz heç zaman unutmayacağıq”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləıri Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da
möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.
Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə
düşən vəzifələri layiqincə yerinə yetirir.
Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın qüdrətli orduları
sırasında öz yerini möhkəmləndirəcəkdir.
Silahlı Qüvvələr Günü münasibətilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi
qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli
missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”,- deyə sədr qeyd edib.