
Milli Məclisin deputatları da zəlzələnin ilk günündən yardımsevər xalqının yanındadır, türk qardaşlarımız üçün zəruri ehtiyacların göndərilməsinə çalışırıq, – yazan deputat bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan həmkarlarıyla bərabər Əl Oyunları sarayında yardım toplama məntəqəsində olduqlarını, zərərçəkmiş türk qardaşlarımız üçün çadırlar, generatorlar, yorğanlar, qızdırıcılar və digər zəruri ləvazimatlar göndərdigini qeyd edib. Məntəqədə gördüyü mənzərədən, yardımsevər xalqımızln əhval-ruhiyyəsindən, əzmkarlığından bir daha qürur duyduğunu qeyd edən millət vəkili – Bir daha qardaş Türkiyəyə keçmiş olsun!, – yazaraq kədərini ifadə edib.
[/center]
Qeyd edək ki, deputat Məşhur Məmmədovla yanaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitə üzvləri Elnur Allahverdiyev, İqbal Məmmədov, Rəşad Mahmudov, Mahir Abbaszadə, Anar Məmmədov, Etibar Məmmədov da yardım aksiyasında iştirak edib, dəstəklərini göstəriblər.