Bu Qanun Azərbaycan Respublikası ərazisindəelm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Bu Qanunun müddəaları aşağıdakılara şamil edilir:
1) Azərbaycan Respublikasının vətəndaşı olan vəya Azərbaycan Respublikası ərazisində daimi yaşayışyeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar vəfonoqramlar;
2) Azərbaycan Respublikası ərazisində ilk dəfədərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfədərc edilmiş (buraxılmış) sayılır;
3) Azərbaycan Respublikası ərazisində ilk dəfəedilmiş ifalar, yaxud bu maddənin 2-ci hissəsininmüddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin 4-cü hissəsinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar
4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri;
5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri;
6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri.
7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.
Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;
8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaya malikdir:
“müəllif” — əsərin yaradıcısı olan fiziki şəxs,
“audiovizual əsər” — bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səsləmüşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılıolmayaraq kinematoqrafiya əsərləri vəkinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadəedilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər vəs.) aiddir;
“məlumat bazası” — materialların seçilməsinəvə ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənəbiləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu;
“surətçıxarma” — əsərin və ya fonoqramın bir vəya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli dədaxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır;
“yazılma” — texniki vasitələrin köməyi iləsəslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması;
“audiovizual əsər istehsalçısı” — belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinəgötürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır;
quruluşçu rejissor – audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs;
“pirat məhsul” – hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri
Azərbaycan Dillər Universiteti-İbadova Fidan