Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
14:07
***
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Açıqlamada qeyd olunur ki, hər iki lider qarşılıqlı əməkdaşlığın gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.


























