image-reklam-veteninfo
image-1backend

QHT-lərin layihə təkliflərinin ilkin qiymətləndirilməsi başa çatıb : Açıq təqdimatlar keçiriləcək

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilən layihələrin ilkin seçimi və qiymətləndirilməsi mərhələsi başa çatıb.

Nazirlikdən verilən məlumata görə, ekspertiza nəticəsində müsabiqə şərtlərinə cavab verən layihələrin siyahısı müəyyənləşdirilib və bu layihələrin növbəti mərhələyə buraxılması qərara alınıb. Növbəti mərhələdə açıq təqdimat sessiyaları təşkil olunacaq.

Təqdimat sessiyalarının 17–21 oktyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Sessiyalarda iştirak edəcək təşkilatlara elektron poçt vasitəsilə bildirişlər göndəriləcək. Hər bir qeyri-hökumət təşkilatı nümayəndəsi layihə ilə bağlı 5–15 dəqiqəlik təqdimatla çıxış edəcək. Təqdimatlarda layihələrin məqsədləri, gözlənilən nəticələr, icra mexanizmləri və digər mühüm detallar əhatə olunmalıdır.

Sessiyalar müvafiq sosial şəbəkələr üzərindən canlı yayımlanacaq. Qalib layihələr Müsabiqə Komissiyasının qərarı ilə açıq təqdimatların nəticələrinə əsasən müəyyən olunacaq.

Mədəniyyət Nazirliyi müsabiqədə iştirak edən bütün QHT-lərə təşəkkür edib, ilkin mərhələni keçən təşkilatlara növbəti mərhələdə uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki