image-reklam-veteninfo
image-1backend

Türkiyəli jurnalistlər Bakıda SƏFƏRDƏDİR – FOTO

image-reklam-veteninfo

Türkiyə Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin nümayəndə heyəti Bakıya rəsmi səfər ediblər.

media-whatsapp-image-2025-07-28-at-103645

Yenicag.az xəbər verir ki, səfərin ilk günündə nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin məzarına qərənfil qoyublar.

media-whatsapp-image-2025-07-28-at-103706

Daha sonra 1918-ci il Bakı döyüşlərində şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət olunub. Heyət həmçinin 1990-cı il “Qara Yanvar” hadisələrində Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərin məzarları önünə də qərənfillər düzüb.

media-whatsapp-image-2025-07-28-at-103703

Heyətə Türkiyə Jurnalistlər (Gazeteciler) Cəmiyyətinin sədr müavinləri Mustafa Yoldaş və Ali Oruc, maliyyə katibi Əli Topçu, idarə heyətinin üzvü Zeynəb Gürcanlı, nəzarət heyətinin üzvü Figen Balcı, üzvlər Yıldıray ArslanKorhan Ön və layihə əməkdaşı Nursu Yıldız daxil olub.

media-whatsapp-image-2025-07-28-at-110338

Ziyarət proqramı çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün ilə də görüş keçirilib. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan vəziyyət, Azərbaycanın geosiyasi mövqeyi və qonşu dövlətlərlə diplomatik əlaqələri müzakirə olunub. Sonda “Qazeteciler Cemiyeti” sədr müavini Ali Oruç səfirə xatirə hədiyyəsi təqdim edib.

media-whatsapp-image-2025-07-28-at-120813

Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin qonağı olub. Onlar burada Mərkəzin İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev tərəfindən qəbul ediliblər. Görüş zamanı regionda baş verən geosiyasi proseslər, Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlər sahəsində fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki