image-reklam-veteninfo
image-qandal-696x375backend

Abşeron rayonunda bank kartlarından oğurluq edənlər saxlanılıblar

image-reklam-veteninfo

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki