8 Mart – Beynəlxalq Qadınlar Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu da ölkəmizdə qadınlara göstərilən dəyərin göstəricisidir. Keçmişdən bugünədək qadınlar ölkənin inkişafı sahəsində önəmli yer tutur. Məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilmişdi. Bu hüquq Şərqin ilk demokratik respublikasının qadın hüquqlarının önəminin bir nümunəsidir. Belə ki, bu da qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına imkan yaratdı.
Tarixin hər dövründə qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin inkişafının hər sahəsində böyük fədakarlıqlar göstərmişlər.Eləcə dəbütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Qadınlar öz çalışqanlığı, bacarığı ilə kişilərdən geri qalmamış və ölkəminizin istər siyasi, iqtisadi, sosial, istərsə də təhsil, mədəni həyatında uğurlar əldə etmişlər. Və bu uğurlarla dövlətimizi hər zaman irəli aparmış, Azərbaycan adını dünyaya tanıtdırmışlar. Bu da qadınlarımızın hər zaman yüksək mədəniyyətə, intellektuala malik olduğunun göstəricisidir. Xüsusən vurğulamaq istərdim ki, qadınlarımız təhsil sahəsində hər zaman irəliləmiş, yüksək təhsil almağa cəhd etmiş və buna nail olmuşlar.
Bu gün Azərbaycan qadınları demokratik, hüquqi, ənənələrə sadiq, milli mənəvi dəyərlərimizə hörmət edən sivil dövlətdə yaşayır. Cəmiyyətimizin qadınlarının bugünkü dövrdə öz sözünü deməsi, önəminin artması Ulu Öndərimiz Heydər Əliyevin böyük rolu və dəstəyi olmuşdur. Ulu Öndər bütün sahələrdə qadınların inkişafına,yüksəlişinə xüsusi yer ayırırdı. Çünki güclü uzaqgörənliyi sayəsində dövlətimizin inkişafında, cəmiyyətimizin təməlinin möhkəm qurulmasında qadınlarının rolunun mühüm olduğunu bilirdi. Elə buna görə də, onların hərtərəfli fəaliyyətinə imkan yaradır, lider qadınların yetişdirlməsinə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyevin dövründən başlayaraq qadınlarımıza yüksək diqqət, qayğı göstərilmişdir. Bugünkü güclü, iradəli, təhsilli, intellektual, lider qadınların yetişdirilməsində Heydər Əliyevin rolu danılmazdır. Məhz Heydər Əliyevin hakimiyyəti illərində qadınlar bir sıra konfranslarda, komitə iclaslarında iştirak etmiş və qadın cəmiyyətinin yaradılmasında təşəbbüs göstərmişdir. 1994-cü ildə Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla bağlı milli komitə yaradılması haqqında fərman imzalayır. Bu fərman qadın cəmiyyətinin inkişafına güclü təkan verdi. Həmin konfransada iştirak edən qadınlarımız ölkəmizi layiqli şəkildə təmsil etdilər. Bundan sonra qadınlarımızın cəmiyyətin həyatında rolu daha da artdı və nəticədə 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğv edilməsi haqqında ” konvensiyasına qoşuldu. Bu konvensiyaya qoşulmaqla üzərimizə götürdüyümüz öhdəliklər bu gün də davamlı şəkildə yerinə yetirilir. Buna qadınlarımızın cəmiyyətin hər sahəsində fəal iştirakını nümunə gətirə bilərik.
Təbii ki, Ulu Öndərimizin qadınlara qadınlara qarşı göstərdiyi diqqət, dəyər, qayğı bununla kifayətlənmədi. Belə ki, 1998-ci il 14 yanvar tarixli fərmana əsasən Qadın Problemləri üzrə dövlət Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında məqsəd qadınlara dəstək, qadın mövqeyinin gücləndirilməsi, inkişafının təmin edilməsi idi. Müstəqilliyimizin ilk ilk illərində 1998-ci il sentyabrın 25-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan qadınlarının ilk qurultayı keçirilir. Həmin tarixdən başlayaraq hər beş ildən bir Azərbaycan qadınlarının qurultayı davamlı şəkildə keçirilir. Bu qurultay qadınların ictimai-siyasi həyatda daha da fəal iştirakına şərait yaratdı. Qadınlarımızın daha da özgüvənli, cəsarətli, iradəli olmasının dəstəkçisi oldu.
Beləliklə, 2000-ci il 6 mart tarixində Heydər Əliyev qadınlarla bağlı daha bir Fərman imzalayır. Bu, “Azərbycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında ” Fərmandır. Bu Fərmanla qadınların dövlət qurumunda, hətta rəhbərlik fəaliyyətinə yer verilir. Bununla da kişilərlə qadınların idarəçilik sahəsində hüquqi bərabərliyi təmin edilir. 2000-ci ildə Nazirlər Kabineti 2000-2005-ci illərdə “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu qadınların təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi sahəsində problemlərini əhatə etmişdir.
Ulu Öndərin qadınlar üçün irəli sürdüyü təməlini qoyduğu bu təşəbbüsləri Prezident İlham Əliyev də davam etdirmişdir. Belə ki, 2006-cı il 6 fevral tarixli Fərmana əsasən Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Poblemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2006-cı il 10 oktyabr tarixli Fərmanla “Gender bərabərliyinin təminatı haqqında” qanun qəbul edilir. Bu qanun cinsi ayrı-seçkiliyə qarşı mübarizə aparılması, qadın-kişi hüquq bərabərliyinin təmin edilməsini həyata keçirir. Bu kimi bir sıra qanun və fərmanlar bu gün də qəbul edilməkdədir.
Bu gün vitse-prezident vəzifəsini Mehriban xanım Əliyevanın yer alması qadınların yalnız işçi kimi deyil, rəhbərlik vəzifələrini də layiqincə yerinə yetirə biləcəyinin sübutudur.
Onu da qeyd edim ki, Azərbaycan qadınları zəhmətkeş, milli-mədəni dəyərlərimizə hörmət edən, ənənələrimizə sadiq ana kimi də öz nüfuzunu qorumaqdadır. Məhz bu cür analarımızın yetişdirdiyi igid oğullarımız 30 il düşmən tapdağında olan torpaqlarımızı düşməndən azad etdi. Bu da uşaqlarımıza verilən düzgün tərbiyənin nəticəsi, qadınlarımızn necə böyük qüvvəyə malik olmasının göstəricisidir.
Müasir dövrdə qadınlarımız hər sahədə ölkəmizin adını yüksəklərə qaldırır və hər sahədə cəmiyyətimizin inkişafına töhfə verir. Təbii ki, dövlətimiz də hər zaman qadınlarımızın inkişafı,yüksəlişi üçün müəyyən proqramlar, fərmanlar qəbul edir, inkişafına şərait yaradır.
Gülər Baxışova – Pedaqogika üzrə fəlsəfə doktoru