image-reklam-veteninfo
image-1backend

Bakıda ŞOK dələduzluq – Satıcıları aldatmaq üçün arvadı və uşaqlarını…

image-reklam-veteninfo

Bakıda 51 yaşlı şəxs maraqlı dələduzluq əməli törədib. Həmin şəxs tanımadığı insanlardan qızına toy edəcəyi adı ilə qoyunlar alıb. Toydan sonra pulunu ödəyəcəyini deyərək onları aldadıb.

Vətəninfo.az xəbər verir ki, Elçin adlı şəxs bu əməli törədən zaman azyaşlı övladını və həyat yoldaşını da özü ilə aparıbmış. Məqsəd isə satıcıların inamını qazanmaq olub.

Elçin plana əsasən özünə məxsus “SAİPA” markalı maşınla Bakının ayrı-ayrı qəsəbələrinə gedərək heyvan satan şəxsləri aldadıb. Elçin əsasən qoyun satan şəxslərə yaxınlaşaraq özünü “köhnə müştəri” kimi təqdim edərək söhbətə başlayıb. Satıcılara qızına 2 gün sonra toy edəcəyini, buna görə də 3 qoyun almaq istədiyini deyib. Elçin bildirib ki, heyvanların pulunu ancaq toydan sonra verə bilər.

Bu üsulla Elçin 5 nəfəri aldada bilib. Onlardan ümumilikdə 6 min manatlıq qoyun alıb. Satıcılar aldadıldıqlarını biləndən sonra polisə şikayət ediblər.

Şikayətçilərin hamısının ifadəsi oxşardır. Onlar bildiriblər ki, Elçin özünü “köhnə müştəri” kimi təqdim edib. Onu tanımayanlara isə zarafatla “deyəsən qocalmısan” deyirmiş. Satıcılar bildiriblər ki, Elçin özünü Ağamehdi kimi təqdim edibmiş. Elçinin yanında xanımının, uşaqlarının olmasını görən satıcılar ona güvənməyi seçiblər. Zərərçəkmiş satıcılar bildiriblər ki, Elçin ailəsi, uşağı ilə ora gəlməsi, qızına toy edəcəyini deməsiylə onları inandırıb.

İstintaq zamanı məlum olub ki, Elçin zərərçəkmiş şəxslərin heç birinin zərərini ödəməyib. Şikayətçilər Elçinə cəza verilməsini istəyiblər.

Məhkəmə Elçin barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki