image-img-20211217-wa0009backend

Şərtləri qalib ölkə diktə edir-Nahid Canbaxışlı yazır

image-reklam_sirab_01

Azərbaycanın 44 günlük müharibədə düşmən üzərində hərbi, daha sonra diplomatik müstəvidə qazandığı qələbələr Soçi və onun ardınca isə dekabrın 14-15-də qəbul olunan Brüssel bəyanatı ilə daha da möhkəmləndi.
İkinci Qarabağ müharibəsinin qalib və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərin vəziyyəti, məhz dekabrın 14-15-də Belçikada bir daha nəzərdən keçirildi. Prezident İlham Əliyevin NATO baş katibi Yens Stoltenberqlə görüşündə əsas diqqət Cənubi Qafqazda post-müharibə vəziyyətinə yönəldi. NATO tərəflər arasında münaqişənin bitməsini təqdir edir. Dövlət başçımız isə bir daha bəyan etdi ki, Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Əsas məqsəd təbii ki, regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmaqdır.
Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məclub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir Prezident İlham Əliyev müharibədən ötən bir il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda gördüyü böyük işləri göstərərək dünyaya bəyan etdi ki, Azərbaycan, hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Öhdəliklərin yerinə yetirilməsi də bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək.
Prezident İlham Əliyevin NATO baş katibi ilə görüşündə verdiyi əsas mesaj budur ki, biz iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik. Ermənistan Zəngəzur dəhlizi ətrafında manipulyasiyadan əl çəkməlidir. Azərbaycan Zəngəzur dəhlizinin hüquqi rejim nöqteyi-nəzərindən Laçın dəhlizinin eynisi olmasını tələb edir və tamamilə haqlıdır.
Dövlət başçısının növbəti mesajı isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi oldu. Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi.
Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında Laçın dəhlizində gömrüyün olmaması ilə bağlı bildirmişdir ki, «Bu gün Laçın dəhlizində gömrük yoxdursa, buna görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir”.
Prezident İlham Əliyevin Soçidə imzaladığı bəyanat və ondan sonrakı növbəti Brüssel görüşü bir daha göstərdi ki, şərtləri qalib ölkə diktə edir və məğlub və aciz olan Paşinyan da anlamalıdır ki, şərtlərə əməl etmək lazımdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image