image-polis_karantin_300420_14_1617604221backend

SON DƏQİQƏ: Operativ Qərargahdan yeni açıqlama – karantin qaydaları dəyişdirilir

image-reklam_sirab_01

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Report”a müsahibə verib.

Veteninfo.az həmin müsahibəni təqdim edir:

– Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət necədir?

– Ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma sayı azalır. Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan tələbatdır.

– Bu yaxınlarda karantin rejimi ilə bağlı bəzi qadağalar ləğv edildi. Bu, pandemiyanın növbəti dalğasına səbəb ola bilərmi?

– Son iki il ərzində, yəni pandemiya dövründə müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştammların meydana çıxması bizi ehtiyatlı addımlamağa məcbur edir. COVID-19 infeksiyası ilə bağlı durum sırf Azərbaycandakı epidemioloji vəziyyətə əsasən qiymətləndirilmir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Hazırda dünyanın bəzi ölkələrində yoluxmalarda artım qeydə alınır. Biz də həmin məlumatları ciddi şəkildə izləyirik və izləməliyik. Yəqin ki, həmin nəticələrdən asılı olaraq ölkəmizdə də bəzi qaydalarda dəyişikliklər olacaq.

– Gündəlik yoluxma sayının azlığı qapalı məkanlarda tibbi maskalardan istifadənin ləğvi üçün səbəb ola bilərmi?

– Bildiyiniz kimi, bəzi inzibati qaydalar Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Odur ki, maska tələbinin ləğvi məsələsində də hökumətin qərarı olmalıdır. Qərar qəbul olunanda bu barədə ictimaiyyətə məlumat veriləcək.

– Son zamanlar Azərbaycanda daha çox hansı viruslara rast gəlinir?

– Hər zaman qeyd edirdik ki, koronavirus infeksiyasının simptomları bildiyimiz respirator viruslardan fərqlənmir. Virusun əvvəlki ştammları ağır gedişatı ilə fərqlənirdi. Ən əsas da tənəffüs çatışmazlığı qeydə alınırdı. Bu simptomda müəyyən qədər fərqləndirmə edə bilirdik. Lakin “Omikron” ştammı daha yüngül simptomlarla müşahidə olunur və onu digər respirator viruslardan fərqləndirməyə imkan vermir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki