image-reklam-veteninfo
image-whatsapp-image-2026-06-27-at-16-00-23-1backend

SON DƏQİQƏ:Əlyazmalar İnstitutundan-AÇIQLAMA

image-reklam-veteninfo

Vətəninfo.az-a AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu mətbuat xidmətindən məlumat daxil olub.

 Məlumatda deyilir ki,Kütləvi informasiya vasitələrindəsosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.

Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarlamühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur.

Çox təəssüf edirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir. Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim etmişdir.

Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır.

 

İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunmuşdur.

Qeyd olunan videogörüntü və fotoları ictimaiyyətə təqdim edirik:

https://youtube.com/shorts/PuWYTyNlHvw?si=nNfAmaeuXSfjMa3K




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki