Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda növbəti vətəndaş qəbulunu keçirib.
Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının inzibati binasında baş tutan qəbulda rayon sakinləri fəal iştirak ediblər.
Görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri və təklifləri diqqətlə dinlənilib. Deputat Mahir Süleymanlı qaldırılan problemlərin hərtərəfli araşdırılacağını və onların qanunvericiliyə uyğun şəkildə, operativ qaydada həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Vətəndaşlar göstərilən diqqətə və problemlərinə həssas yanaşıldığına görə məmnunluqlarını ifadə ediblər.
Vətıninfo.az


























