Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa və ABŞ Ukrayna münaqişəsi ilə bağlı mövqelərini bir-birinə yaxınlaşdırıblar.
“İndi avropalılar və amerikalılar arasında yeni yaxınlaşma anını yaşayırıq”, – Vətəninfo.az xəbər verir ki, Makron bu fikirləri Berlində E5 liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa) arasında danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Fransa prezidentinin sözlərinə görə, G7 sammitində ABŞ Avropa ilə birlikdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, ona hərbi və enerji yardımı göstərməyə, Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə və ümumiyyətlə, Avropa tərəfdaşları ilə eyni yolu tutmağa hazır olduğunu bəyan edib.


























