image-reklam-veteninfo
image-img-20260625-wa0064-1296x700backend

“Ana və Uşaq Sağlamlığının Qorunması” layihəsi çərçivəsində Saatlıda növbəti seminar təşkil olundu

image-reklam-veteninfo

“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyi Ana və Uşaq Sağlamlığının qorunması”adlı layihəsi çərçivəsində planlaşdırdığı növbəti tədbir Saatlı şəhərinin “Ana və uşaq sağlamlığı” mərkəzində keçirildi. Tədbirdə rayonun müxtəlif sosial sahələrini təmsil edən 20-dən çox xanım,o cümlədən, rayonun səhiyyə, mədəniyyət işçiləri olan xanımlar, habelə müxtəlif yaş qruplarına məxsus evdar qadınlar iştirak edirdi. Həmişə olduğu kimi bu günkü seminarı da giriş sözü ilə “Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin sədri Həqiqət Məmmədova açdı.

Xanım Məmmədova tədbir iştirakçılarını salamladı və belə bir şəraitdə, xüsusilə, isti hava şəraitində vaxt tapıb tədbirə qoşulduqları üçün bütün iştirakçı xanımlara xüsusi təşəkkürlərini bildirdi. Təşkilat sədri daha sonra qadın və uşaq sağlamlığı kimi aktual mövzuya həsr edilmiş layihə təklifini dəstəklədikləri üçün ilk növbədə Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,həmçinin Saatlı Rayon İcra Hakimiyyətinə də öz minnaətdarlığını ifadə etdi. Xanım sədr layihənin hədəf məqsədləri,qarşısında duran əsas vəzifələri,habelə, layihə icrası zamanı əldə ediləcək mühüm nəticələri barədə seminar iştirakçılarını məlumatlandırdı və sonra sözü layihə eksperti İlham Hüseynliyə verdi. İlham Hüseynli icra edilən bu layihənin xüsusi əhəmiyyətindən, layihə mövzusunun önəmindən danışdı və sonra Ana və Uşaq Sağlamlığının qorunması sahəsindəki mövcud yerli və Beynəlxalq qanunvericilik aktları, hökumətin bu sahədəki qəbul etdiyi qərarlar,icra edilmiş tədbirlər planı barədə geniş məlumat verdi.
Sonda Təşkilat rəhbəri və layihə eksperti iştirakçı xanımların çoxsaylı suallarını cavablandırdılar. Tədbirin içində Saatlı rayon İcra Hakimiyyətinin məsul işçisi Aqşin Məmmədli iştirak edirdi.

“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin Mətbuat xidməti
25 iyun 2026-ci il

      




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki