ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı mübarizədə yaxşı iş gördüyünü bildirib.
Vətəninfo.az xəbər verir ki, görüşün videosu Fox News tərəfindən yayımlanıb.
Tramp Zelenskinin cəsarətli olduğunu əlavə edərək deyib: “Volodimir Zelenski kifayət qədər yaxşı işləyir. Necə baxsanız da, yaxşı işləyir. Hər halda, o, müqavimət göstərir. Hər iki tərəfdən çoxlu insan ölür”.
ABŞ prezidentinin sözlərinə görə, Ukraynanın gözəl silahları və gözəl döyüşçüləri var.


























