image-photo-2022-05-21-16-57-43backend

Sülh, iqtisadi inkişaf və əməkdaşlıq

image-reklam_sirab_01

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra keçmiş SSRİ-yə daxil olan ölkələrlə sıx strateji əməkdaşlıq aparır. Bu respublikalardan biridə Litva Respublikasıdır.     Azərbaycan Litva ilə ticarət, iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlığını uğurla davam etdirir və bu əməkdaşlıq hər iki dövlətin iqtisadi, siyasi və mədəni həyatına müsbət  təsir göstərir.

Respublikamız bundan sonra da Litva ilə strateji əməkdaşlığı davm və inkişaf etdirmək niyyətindədir.

Bildiyimiz kimi,Azərbaycan Cənubi Qafqazda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətdir. Hər bir zaman Azərbaycan Respublikası qonşu dövlətlərlə sülh və əmin – amanlıq şəraitində yaşamaq prinsipindən çıxış etmişdir.Azərbaycan Respublikası regionda həmişə sülhün tərəfdarı olmuşdur. Ermənistan tərəfi isə indiyə qədər son sülh sazişinin imzalanmasını yubadır və tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsində havadarlarına arxalanaraq müqavilədən boyun qaçırır.

Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi,Helsinki Yekun Aktı  və beynəlxalq hüquq normalarına uyğun olsa da, Ermənistan tərəfi dildə bunu qəbul etsə də, reallıqda buna hələki əməl etmək fikrində deyil.

Baxmayaraq ki, 30 ilə yaxın torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdur və müzəffər Azərbaycan ordusu cənab Ali Baş Komandanın əmrinə əsasən hərbi əməliyyatlara başlayaraq gözəl Qarabağımızı düşmən tapdağından azad edilmişdir. Ermənistan tərəfi isə bununla barışmaq istəməsədə barışmağa məcburdur.

Zaman gələcək bütün itirilmiş əzəli torpaqlarımızda geri qaytarılacaq.

Ermənistan – Azərbaycan arasında 29 aprel 2022-ci ildə ikitərəfli görüş olmalı idi, lakin düşmən bu görüşdən bu günə qədər yayınır. Aydındır ki, səbəbi 4  gün bundan öncə     Ermənistanın daxil olduğu KTŞ üzvlərinin növbəti görüşü və iclasının keçirilməsi olmuşdur.

Ermənistan baş naziri həyasızcasına Qarabağı Ermənistanı tərkib hissəsi kimi qələmə vermiş və İkinci Qarabağ savaşında KTŞ-yə daxil olan respublikaların Ermənistana kömək etməməsini qınamışdır.Halbuki müharibə Azərbaycan tərəfindən ədalətli bir müharibə idi və Azərbaycan ərazisində aparılaraq torpaqlarımızın işğaldan azad olunmasına yönəlmişdi.

BMT dəfələrlə Azərbaycan ərazisi bütövlüyünü tanısa da, Ermənistan ordusunun Qarabağdan çıxarılması barədə bəyanatlər versə də, bunlar kağız üzərində qalmış və ATƏT-in Minsk qrupu özünün ermənipərəst mövqeyindən əl çəkməmişdir.

Azərbaycan tərəfi isə BMT-nin bəyanatlarında göstərildiyi kimi, öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun olaraq özü həll etməyə məcbur olmuşdur. Bütün dünya bilir ki, bizim apardığımız mübarizə haqq ədalər mübarizəsidir.

Mənfur düşmən Qarabağımızın gözəl guşəsi olan Ağdam şəhərində daşı daş üstündə qoymamış və xarabalığa çevirmişdir. Məhz bunun nəticəsidir ki, Ağdama gələn beynəlxalq ekspertlər buranı Hirosimaya bənzətmişlər. Biz inanırıq ki, Ağdam yaxın zamanlarda əvvəlkindən də gözəl bir şəhərə çevriləcək.

1994-cü il sentyabrın 20-də  dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” ndən sonra dünya dövlətlərinin neft sənayesinə marağı artmışdır. Avropa             Birliyi, yəni bu birliyə daxil olan ölkələr təkcə neft sənayesinə yox, eləcə də qaz sənayesinə diqqəti artırmışlar.

Məhz bunun nəticəsidir ki, ölkəmiz həm neft, həm də qaz ixracatçısına çevrilmişdir.

Respublikamız iqtisadi cəhətdən donor ölkə olmuş və özü dünyanın bir çox ölkələrinə kreditlər ayırmağa başlamışdır.

Azərbaycan Respublikası təbii fəlakətdən, eləcə də müharibədən əziyyət çəkən ölkələrə çoxlu sayda humanitar yardım göstərir və günü bu gün də bu yardımı göstərməkdə davam edir.

Bütün bunlar çiçəklənməkdə və inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatını göstəricisidir.

 

 

 

Nəsimi rayonu, M.Hüseyinzadə adına 19 N-li tam orta məktəbin Tarix müəllimi

İskəndərov Bəkir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki