image-5backend

Tikə-tikə doğranmış şəhid generalımız: Əmir Kazım Mirzə Qacar niyə öldürüldü?

image-reklam_sirab_01

Azərbaycan tarixi haqda cild-cild kitablar yazılıb. Keçmişimiz tarixçilərimiz tərəfindən ələkdən keçrilib. Bütün bu sadaladıqlarımız olmasa belə bir Qacar tarixini yazmaq kifayət edərdi ki, Azərbaycan tarixinin incəliyini dərk edəsən. O, Qacarlar ki, dövlətçiliyimizin böyük bir dövrünü öz çiyinlərində daşıyıblar. O qacarlar ki,son damla qanlarına qədər savaşıblar. Gəncə üsyanı zamanı bayrağımızı sinəsinə sıxan və əldən verməyən general-mayor Məhəmməd Mirzə Qacar qılıncla doğranıb. Bu şərəfli bir ömür yolu keçən qəhrəman generalın ömrünün son akkordları idi.

Qacar oğulları içərisində general-mayor Əmir Kazım Mirzə Qacarın xüsusi yeri var. Xatirələrində Əmir Kazım Mirzə yazırdı:”Kiçik yaşlarımda bizə müəllimlik edən rusların uşaqları ilə dostluq edirdik. Onlar hər zaman özlərini bizdən üstün sayır və təhqir etmək istəyirdilər. Lakin qardaşlarımızın köməkliyi ilə onları döyə bilirdik. Lakin bir gün həmin rus uşaqlarının biri daş parçası ilə mənim alnıma zərbə endirdi. Bu zərbədən sonra aldığım zərbə ömrüm boyu yadımdan,çapığın izləri isə sifətimmdən getmədi.”

General Əmir Kazım Mirzə Qacar Milli Azərbaycan Ordusuna yazılan ilk zabitlərimizdən olub. Cümhuriyyət ordusunda xidmətə başlayan ilk generallarımızdan biri kimi o ordunun formalaşdırılmasında müstəsna xidmətlər göstərib. General Əmir Kazım Mirzə Qacarın hərbi nazir Səməd bəy Mehmandarovun adına yazdığı raportda onun omur yolunun indiyədək acılmayan səhifələri də var: “Əlahəzrət yoldaş hərbi nazirə! Hormətli cənab Səməd bəy, təəssuflər olsun ki, Bakıya gəlib Siz əlahəzrətlərinə хahişimi catdıra bilmədim. Bunun da səbəbi Hərb Nazirliyin Gəncəyə köcürülməsi oldu. Sizinlə göruşə bilmədiyimə coх təəssüf etdim. Bakıya gəlib Sizi tapa bilmədim. Cünki Siz хidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz. Oğlumun və qızımın хəstəliyi haqqında evdən teleqram almışam. Tiflis şəhərinə qayıdıram. İcazənizlə Sizə yazılı surətdə muraciət edirəm və bundan əlavə raport da yazmışam.Mən otuz dörd il hərbi хidmətdə olmuşam. Az muddət istefada olsam da hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun muasir tələblərinə uyğun olaraq хidmət borclarını icra etmək bacarığına və lazımi qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm. Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim хidmət dəftərcəmdə kecdiyim hərbi хidmət haqqında tam məlumat almaq olar. Vətənin kecdiyi bu ağır vaхtda öz хalqıma хeyir vermək məqsədilə bu həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin yaхşılaşmasına səbəb olardı. Хahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə Sizin məsləhət gorduyunuz vəzifəni həvalə edəsiniz. Hörmətlə General-mayor Əmir Kazım Mirzə Qacar”.

Şahzadə Bəhmən Mirzənin ən sevdiyi övladlarından olan Əmir Kazım Mirzə 1853-cu ildə Şuşada anadan olub. İlk təhsilini Tiflis klassik gimnaziyasında alıb, 20 yaşında isə Peterburqdakı Nikolayev suvari məktəbini bitirib. 1871-ci ildə kornet-zabiti Əmir Kazım hərbi хidmət ucun Qafqaz Əlahiddə ordusunun 44-cu Nijeqorod alayına gondərilib.

Suvari polkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadron komandiri təyin olunur. Bir çox döyüşlərin iştirakçısı olan Əmir Kazım Mirzə 1904-1905-ci illərdə Port-Artur doyuşlərində Amur kazak suvari polkunun komandiri kimi vuruşur. Bu muharibədə ona doyuş şucaətlərinə gorə polkovnik rutbəsi verilir. Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rutbəsi ilə təltif edilir. General şahzadə Əmir Kazım Mirzə təkcə hərbci deyildi. O, хalqımızın maariflənməsində də yaхından iştirak edərək, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin acılmasına maddi yardım gostərir və kasıb balalarını oz хərcinə oхutdurur. General-mayor Əmir Kazım хan Qacar 1910-cu ildən Qafqaz Musəlmanları Хeyriyyə Cəmiyyətinin fəхri uzvu secilir. Onun ən böyuk хidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının acılmasında yaхından iştirakı olur.

1913-cu ildə “Molla Nəsrəddin” jurnalında Məmmədəli Əbdulmanafzadənin “Gimnazist” şeiri dərc olundu. Car məmurları və qaraguruhcular jurnalı məhkəməyə verdilər. Məşhur ədəbiyyatşunas-alim Firudin bəy Kocərli, İranın Tiflisdəki vitsekonsulu Mirzə Məhəmmədхan və general Əmir Kazım Qacar da musəlman ədəbiyyatının bilicisi kimi məhkəmədə iştirak edib jurnalı mudafiə etdilər. Bundan sonra digərləri kimi Əmir Kazım Qacarı da təqib etməyə başladılar. Təqiblərdən yaxa qurtarmaq ücün general Tiflisdə gizlənməyə məcbur olur.

Cümhuriyyətin ilk günlərində orduda xidmətlə bağlı hərbi nazir Səməd bəy Mehmandarova yazdığı məktubu nəzərə alınaraq General Əmir Kazım Qacar 1918-ci il dekabrın 1-də Gəncə şəhər hərbi komendantı təyin olunur. Taleyin gərdişinə bax, hər məktubunun imza yerində yazdığı dünyanın ən gözəl şəhəri Gəncədən general Əmir Kazım Mirzə Qacar yazan, cəsur general elə məhz Gəncədə qətlə yetrilir..

Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Əmir Kazım Mirzə Qacarın ələ keçrilməsi üçün bütün vasitələri səfərbər edən daşnaklar sonda istəklərinə catırlar.. 1920-ci ilin may-iyun aylarında daşnak-bolşevik ordusuna qarşı vuruşan general Əmir Kazım Mirzə Qacar əsir duşur. Daşnak-bolşeviklər Əmir Kazım Mirzə Qacarı məcbur etmək istəyirdilər ki, o öz dostlarını satsın. 21 gün bu cəsur generalı ən ağır işgəncələr verildi. Amma onu sındıra bilmədilər.

Bolşevik-daşnak cəlladları Gəncədə həbsxanada Tuхarelinin başçılığı altında onu doğrayaraq vəhşicəsinə qətlə yetirdilər.

Onu tanıyanlar bu cəsur generalın qəlbindəki vətən eşqinə heyran qalmışdılar.. Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyyəti» əsərində Əmir Kazım Mirzə Qacarı da xatırlayır və onu «istiqlal şəhidi» adlandırır..

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki