image-reklam-veteninfo
image-1backend

Ukrayna “Saki” aerodromuna hücum edib – Rusların xeyli sayda qırıcısı zərər görüb

image-reklam-veteninfo

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) xüsusi təyinatlı “A” qrupu bu gecə işğal altında olan Krımın “Saki” hərbi aerodromuna dron hücumu həyata keçirib.

“SBU”-nun rəsmi “Telegram” kanalından verilən məlumata görə, hücum nəticəsində aerodromda yerləşən aviasiya silahları anbarı zərər görüb. Bundan əlavə, bir “Su-30SM” qırıcısı məhv edilib, digər bir qırıcı isə zədələnib. Həmçinin üç “Su-24” təyyarəsi də vurulub.

Qeyd olunub ki, tək bir “Su-30SM” təyyarəsinin qiyməti orta hesabla 35–50 milyon ABŞ dolları arasındadır.

“SBU-nun Saki aerodromundakı uğurlu əməliyyatı düşmənin işğalçı müharibə aparmaq imkanlarını zəiflətməkdə növbəti addımdır. İşğalçılar unutmamalıdırlar ki, bizim torpağımızda heç vaxt özlərini təhlükəsiz hiss etməyəcəklər”, – deyə açıqlamada qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki