Bu gün NATO-nun 75 illiyi şərəfinə keçirilən illik Vaşinqton sammiti öz işini başa vurur. İyulun 9-dan başlayan Vaşinqton sammitinin əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, diqqətlər və maraqlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üzərində cəmləşmişdi.
Elə Qərb analtikləridə bu fikirdədir ki, sammitin əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, qeyr- rəsmi olaraq bu sammitdə Türkiyənin regiondakı artan gücü əsas mövzu olub.
Üzv ölkələr sammit çərçivəsində aparılan danışıqlar ərəfəsində daha çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlara can atması bir daha onu deməyə əsas verir ki, Qərb dövlətiləri indi daha çox Türkiyə ilə iqtisadi və siyası bağları gücləndirməyə, daha da möhkəmləndirməyə çalışır.
Sözsüz həm iqtisadi, həm də siyasi bağların güclənməsi Türkiyənin də yüksəlişinə səbəb olan amildir. Türkiyə iqtisadiyyatın inkişafı ilə yanaşı hərbi müdafiə sənayesinin yüksək sürətlə inkişaf etdirməklə NATO-da əsas söz sahibinə çevrilib. Bir neçə il öncəyə qədər bəzi Qərb ölkələri bunu qəbul etməməyə çalışsalar da reallıqda bununla barışmağa məcbur idilər. Vaşinqton sammiti bir daha onu göstərdi ki, Türkiyə öz yolunda əzmlə irəlləyir.
Türkiyənin daxili və xarici siyasətinin mərkəzində müstəqil və suveren inkişaf yolu dəyişməyib. Xüsusilə son 20 ildə türk xalqının milli dəyərlər əsasında dünyada mövqeyi güclənib, daha geniş coğrafiyalarda məhz mədəniyyət, din və millət idealları əsasında əməkdaşlıq formatları genişlənib.
Bu gün Türkiyənin qlobal müstəvidə nüfuzlu və güclü aktora çevrilməsi danılmaz faktdır.
Bunun başlıca səbəbi isə qardaş ölkənin müstəqil siyasət həyata keçirməsi, son 20 ildə demək olar ki, bütün sahələrdə, o cümlədən, hərbi, texnologiya, sənaye, iqtisadiyyat, sosial, təhsil sektorlarında əldə edilmiş ciddi uğurlardır. Bu günün Türkiyəsi hansısa qüvvələrdən asılı deyil, onların diqtəsi ilə hərəkət etmir. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti illərində qardaş ölkə həqiqətən də dünyada sözünün çəkisi olan dövlətə çevrilib. Bu gün dünyanın diqqəti yenidən Türkiyə üzərindədir.
Bütün bu işlərin nəticəsidir ki, 100 il öncə qurulan müasir Türkiyə indi NATO ölkələri içərisində ən mühüm ölkələrdən biridir.
Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın və Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadığı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin 2024-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir. 2024-cü illə bağlı strateji planların əsasında həm də Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2019-2023-cü illəri əhatə edən hesabatına əsasən, son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika və raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən Türkiyə dünyanın 10-cu ən böyük silah ixracatçısına çevrilib. Türk silahlarının ən böyük alıcıları Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandır. Əvvəlki hesabatla müqayisədə silah satışlarını 2 dəfə artıran Türkiyə ötən il 4 milyard dollarlıq silah satıb, bu il isə silah satışlarını daha da artırmağı planlaşdırır. Qardaş ölkənin müdafiə sənayesi şirkətləri dünyanın 30-a yaxın ölkəsinə ixrac edilən “Bayraktar TB2”, “Anka”, “Aksungur”, “Akıncı” pilotsuz uçuş aparatlarını istehsal edir. Ölkənin xarici şirkətlərdən asılılığına son qoymaq üçün yerli müəssisələrdə milli döyüş təyyarələri, helikopterlər, hərbi gəmilər, zirehli texnika və silah-sursat hazırlanır.
Azərbaycan Ordusu da Türkiyənin istehsal etdiyi silah, texnika və sursatlardan istifadə edir. Belə ki, ordumuzun silah arsenalında olan “Bayraktar TB2”, “Kargu” PUA-ları, “Kobra” zirehli maşınları, “Qasırğa”, “Sakarya” raket sistemləri və digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı silah və texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynayıb. Müharibədən sonra Türkiyənin PUA satışlarında ciddi artım qeydə alınıb. Məlumata görə, bir çox Afrika və Asiya ölkələri Türkiyədən “Bayraktar TB2” PUA-sını sifariş edib. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən “Bayraktar TB3” PUA-ları, “KızılElma” insansız qırıcıları, “Hürjet” təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan “TCG Anadolu” vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan “TCG Anadolu” 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan “TCG Anadolu” Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2023-cü ilin sonlarında bəyan etdi ki, Türkiyənin müdafiə büdcəsi 75 milyard dollara çatdırılacaq. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 8 milyard dollara catdırmağa yaxındır.
2023-cü ildə yerli şirkətlər tərəfindən hazırlanan MMU döyüş təyyarəsi, “Hürjet” reaktiv təlim təyyarəsi, “Gökbey” helikopteri, “hava-hava” tipli raketlər, “KızılElma” pilotsuz qırıcıları, “Tayfun” ballistik raketləri, “Altay” tankları, “Siper” hava hücumundan müdafiə sistemlərində ciddi inkişaf qeydə alınacaq. Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.
İndiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb. İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin də təməlində Azərbaycan – Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı və Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmir. Artıq bütün dünyada anlayırlar ki, iki qardaş ölkənin birliyini heç kim poza bilməz. Bu birlik ədəbi və sarsılmazdır.
Qoşqar Salmanlı