image-15-1backend

Ulu Öndər Heydər Əliyev : “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

image-reklam_sirab_01

 

 

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir.

Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olmuşdur.

Ulu Öndər zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı ən yüksək məqama – əbədi və dönməz müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində mövqeyini gücləndirmişdir.

Ümummilli lider Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz “haqlı adam güclüdür” deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün “ədalət” və “dövlət” məfhumları arasında möhkəm bağlılıq var. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”,- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.

Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılmağa başlandı.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.

Ulu öndər Heydər Əliyevin xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu situasiyada Azərbaycan dövlətçiliyini xilas etməsi idi. Böyük öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətin qorunması isə azadlıq, müstəqillik deməkdir. HEYDƏR ƏLİYEV Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi Ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi verdi və millətin özünəinam hissini qaytardı. Heydər Əliyev gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

 

Nəsimi rayon sakini Hüseynli Billurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki