image-oskaniyanbackend

Vardan Oskaniyan İlham Əliyev-Paşinyan görüşü öncəsi-MƏQALƏ YAZDI

image-reklam_sirab_01

“2018-ci ildə formalaşmış Ermənistan hakimiyyətinin diplomatiya və beynəlxalq münasibətlərə dair fundamental biliklərdən uzaq olduğunu və hələ də belə olduğunu qeyd etmək üçün bəlkə də əlavə faktlara ehtiyacımız yoxdur. Sui-qəsd nəzəriyyələrinə baxmayaraq, mən əminəm ki, bu hal bizim insan və ərazi itkilərimizin əsas səbəbidir və indi də davam edir”.

 

Vətəninfo.az xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın Azərbaycan və Ermənistan liderlərinin Brussel danışıqları öncəsi xortdayaraq   “Qarabağ danışıqlarının hazırkı mərhələsi və Ermənistanın nə etməli olduğu” barədə yazmış olduğu məqaləsində qeyd edilir.

Vardan oskaniyan məqaləsində vurğulayır ki, Nikol Paşinyanın ilk diplomatik səhvi o olub ki, o, İlham Əliyevlə ölkə daxilində yeni yaradılmış hakimiyyətin mövqelərini sabitləşdirmək və möhkəmləndirmək üçün cəbhə xəttində atəş açmamaq barədə razılığa gəlib və Azərbaycan tərəfi bunu tam yerinə yetirib: “İlk baxışdan görünə bilər ki, bu, günahsız, hətta zəkalı addım idi. Lakin bu, Azərbaycan tərəfi ilə sərhəddə sülhün bərqərar olması müqabilində Ermənistanın qısa müddətdə əhəmiyyətli güzəştlər gözləntiləri yaradan ilk diplomatik kobud səhv idi”. Oskaniyana görə,müharibələrin səbəbi həmişə münaqişə tərəflərinin gözləntilərinin ardıcıl formalaşması və sonda onların gecikməsi, pozulması və ya qane edilməməsidir:

“Paşinyanın ikinci səhvi o oldu ki, o, danışıqların bütün mərhələlərinə və müvafiq sənədlərə tamamilə məhəl qoymayıb, danışıqlara öz sıfır nöqtəsindən başlayacağını bəyan eməsidir. Məhz bu, Azərbaycanın istəyi idi ki, ona danışıqlar sənədlərində yer alan, lakin vasitəçilər tərəfindən qəbul edilən, məsələn, Artsaxın ( Qondarma qurum) öz müqəddəratını təyinetmə hüququ kimi arzuolunmaz müddəalardan və fundamental prinsiplərdən yaxa qurtarmaq imkanı yaradıb”. Sabiq xarici işlər naziri qeyd edir ki,Paşinyanın üçüncü diplomatik uğursuzluğu bir tərəfdən Qarabağ məsələsində dəqiq mövqe və siyasətin olmaması, digər tərəfdən ziddiyyətli bəyanatlar verməsi oldu: “Əvvəlcə – qeyri-müəyyən və xaotik fikirlər, sonra – məsələnin həllinin Ermənistan, Artsax (Qondarma qurum) və Azərbaycan xalqları üçün məqbul olması barədə iddia. Və nəhayət, “Artsax Ermənistandır və bu qədər” ifadəsi. Düşünürəm ki, məhz onun fikirlərindəki dərin ziddiyyətlər Azərbaycana məsələnin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünə haqq qazandırmaq və müəyyən dərəcədə müharibənin qızışdırılmasına haqq qazandırmaq imkanı verdi”. Vardan Oskaniyan vurğulayır ki,qarşısını almaq mümkün olmayan müharibə yoxdur. Bunun əksini iddia etmək siyasi acizliyə və fəaliyyətsizliyə haqq qazandıran yanlış və təhlükəli bir fərziyyədir: “Əgər bizim qaçmaq istədiyimiz müharibə başlayıbsa, Ermənistan rəhbərliyi sadə siyasi hesablamalarda səhvə yol verib, danışıqlar prosesində uğursuzluğa düçar olub.Təəssüf ki, bu tendensiya və diplomatik səhvlərin paradı davam edir, bizə yeni, lakin mütləq qarşısı alına bilən insan və ərazi itkiləri veririk”. Sabiq xarici işlər naziri məqaləsində vurğulayır ki, güc qarşısında acizliyin fatalizmi və ilkin diplomatik bacarıqların olmaması “hər şeylə razılaşaq, ondan uzaqlaşaq” düşüncəsinə gətirib çıxarır:

“Müharibədən sonrakı dövrdə Azərbaycanın təklif etdiyi növbəti danışıqlar gündəliyinin beş bəndinin danışıqlara belə başlamadan baş nazir və xarici işlər naziri səviyyəsində necə tamamilə məqbul sayıla biləcəyini izah etməyin başqa yolu yoxdur”. Onun sözlərinə görə, Azərbaycasnın təklif etdiyi 5 bəndə cavab olaraq çox sadə şəkildə Ermənistanın maraqlarına uyğun cavablar təklifləri formalaşdırmaq olardı: ” Təxminən bu kimi: İstənilən məsələni danışıqların gündəliyinə çıxarmaq sizin hüququnuzdur və erməni tərəfi onların müzakirəsindən yayınmayacaq. Ona görə də eyni məntiqə əsaslanaraq və sizdən belə bir gözlənti ilə erməni tərəfinin gündəliyində duran məsələləri təqdim edərək.

– Dağlıq Qarabağ regionunun gələcək statusu;

– Dağlıq Qarabağın ayrılmaz hissəsi olan Şuşi (Şuşa) və Hadrutun (Ağoğlannın) taleyi,

– Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsi;

– Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması;

– Minsk Qrupunun danışıqlar formatını bərpa etmək imkanı,

– Qarabağda yerləşən sülhməramlı qüvvələrin şərtləri məsələsi;

– başqa suallar.”

 

Onun sözlərinə görə, bu təklif olunan gündəmdə gözlənilməz diplomatik və hərbi müxalifətə səbəb ola biləcək heç bir məsələ yoxdur. Bu gündəm vasitəçi tərəflər üçün aydın şəkildə başa düşüləndir: “Məhz bunun olmaması indiki hökumətin bunu formalaşdırmaq bacarığına belə sahib olmadığına hələ də inanmayanların hamısını təəccübləndirir. Bu gün erməni diplomatiyasının əsas vəzifəsi balanslaşdırılmış gündəmlə uzunmüddətli danışıqlara başlamaqdır. Diplomatiya sonsuz imkanlar platformasıdır. Ən ümidsiz vəziyyətlərdə belə nəyisə düzəltmək, korrektə etmək olar. Fatalizmin əsl gücsüzlüklə heç bir əlaqəsi yoxdur. Öz səhvlərini etiraf etməmək, məsləhətlərə qulaq asmamaq bacarıq, bilik, təcrübəsizlik və inadkarlığın birləşməsidir. Üç ildən artıqdır ki, məhz bunun şahidi oluruq. Və yalnız bunun nəticəsində sonsuz itkilərlə üzləşirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki