Qarabağ daha bir transferi yekunlaşdırmağa yaxındır.
Vətəninfo.az xəbər verir ki, Ağdam təmsilçisi Fransanın Lorient klubunun hücumçusu Sambou Soumano ilə danışıqlar müsbət nəticələnmək üzrədir. 24 yaşlı futbolçu Qarabağ və Celtic`in maraq dairəsindədir. Şotlandiya klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksələ bilməməsi Azərbaycan təmsilçisinin şanslarını artırıb. Qarabağ Lorient ilə danışıqlarda bir çox detalları razılaşdırıb.
Sambou Soumano bu mövsüm Ligue 1-in 2-ci turunun Rennes ilə matçında (4:0) qol vurub.