Jadon Sancho sevgilisinə görə Romaya keçməkdən imtina etdi.
İtaliya klubu sol vingerə illik 6 milyon avro maaş ödəməyə hazır idi. İngiltərəli futbolçunun agentinin komissiya haqqı da razılaşdırılmışdı. Vətəninfo.az La Gazzetta dello Sport istinadən xəbər verir ki, Manchester United bu transferdən 23 milyon avro qazanacaqdı.
Amma Sancho amerikalı rep ifaçısı Saweetie ilə münasibətlərinə görə Roma`ya “yox” dedi. 25 yaşlı futbolçu ayda azı 3 dəfə ABŞ-yə sevgilisinin yanına uçur. Vingerin MLS klubuna keçmək ehtimalı var.