image-bicaqbackend

Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı – Gəncədə

image-reklam_sirab_01

Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb. Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Hazırda  qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki