İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər isğaldan tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, məhv edilmiş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Məhz bu yazıda həmin məsələlərdən danışacağıq.
İlk öncə qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.
Təbbi ki, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış qəsəbə, kənd, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.
Bu ərazilərdə böyük təbii potensial var – böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.
Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq.Məskunlaşma üçün heç bir problem olmayacaq.
İşğaldan azad olunmuş torpaqlarımızdan olan Ağdam şəhəri düşmən əsarətində ikən “ruhlar şəhəri” adlandırılmış və zülmət altında qalmışdır. Bu da özlüyündə orada yenidən təməl qoymanın nə qədər çətin olduğunu göstərir. Lakin müzəffər Azerbaycan xalqı bununda üstəsindən gələcəkdir.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.
Ağdam rus media orqanları tərəfindən “dünyanın 10 kabus şəhəri” siyahısına “düşə bilməyi” bacarmışdır.
2010-cu ildən qondarma rejim Ağdamı Əskəran rayonunun tərkibinə daxil etmiş və Akna adlandırılmışdır.
Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər – Ağdam indi bütün dünyada məhz belə adlarla tanınır. Erməni işğalçıları Ağdamı barbarcasına məhv ediblər. Birinci Qarabağ müharibəsindən əvvəl şəhərdə fabriklər, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi. İndi isə onların yerində dağıntılar və ot basmış ərazilər qalıb.
Dövlətimiz bir daha sübut edir ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Qürurla deməliyik ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra dövlət başçısının göstərişi ilə düşmən işğalından azad etdiyimiz digər rayonlar kimi, Kəlbəcər və Laçın da abadlaşır, bərpa-quruculuq işləri aparılır, dədə-baba yurdumuz yenidən cənnətə çevrilir.
Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun inkişaf etmiş bölgəyə çevriləcəyindən soraq verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Bu rayonların bərpa edilməsi insanların buraya qayıdışı və sahibkarlıq fəaliyyəti üçün yeni yollar və imkanlar açacaq.
İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Bu gün aparılan bütün işlər onu göstərir ki, Azərbaycan Respublikasının Prezidentinin bütün fəaliyyəti soydaşlarımızın işğaldan azad olunan torpaqlara “Böyük Qayıdışı”na töfhə verir.
Özləm Əliyeva