image-qos2backend

2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı

image-reklam_sirab_01

Qoşulmama Hərəkatı sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayan Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təssis edilmişdir. Həmin tədbirdə 120 üzv dövlətin  dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Bu, Azərbaycana, Prezidentimiz İlham Əliyevə göstərilən böyük inamı qiymətləndirilmişdir. Prezidentimiz İlham Əliyev bütün dövlətləri dostluğa və həmrəyliyə dəvət etmişdir. Prezidentimiz İlham Əliyev bildirmişdi ki, Azərbaycan böyüklüyündən kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətlə davranır və yanaşır.Bərabərhüquqlu danışıqlar aparir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin 2015-ci ildə Azərbaycanin ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin birliyə, həmrəyliyə verdiyi önəmin, dünyaya bu ciddi çağırışları etmək imkanlarına malik olduğunu nümayiş etdirdi.

Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. COVID-19 pandemiyası ilə xüsusi tədbirlər görülmüşdü və təlimatlar verilmişdi. Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

30 illik işğal olunmuş torpaqlarımızı yenidən azad etdik. Azərbaycan xalqı yenidən öz doğma torpağına qayıtdı. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük uğur oldu. Uğurlara nail olmağımızın səbəblərindən biri döyüş meydanlarında böyük şücaət  göstərən igid əsgər və zabitlərimizin olması idi.Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı.

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilmişdir. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamışdır. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirmişdir.

Qarabağ problemini işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!”.

 

 

 

 

 

 

 

 

 

ADU –nun  tələbəsi

                                                                                                          Humay Muradova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki