image-ned-prays-696x372backend

ABŞ Azərbaycan və Ermənistan arasında “birbaşa dialoqa ümid edir”

image-reklam_sirab_01

ABŞ ümid edir ki, birbaşa dialoq uzun müddətdir ki, Ermənistan və Azərbaycanı ayıran məsələlərin həllinə gətirib çıxaracaq və “biz bu dialoq vasitəsilə davamlı sülhə nail olacağımıza ümid edirik”, – çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Ermənistan və Azərbaycanla birbaşa danışıqları davam etdiririk”, – mətbuat katibi Ned Prays gündəlik mətbuat brifinqində dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərilə son söhbətləri ilə bağlı Turan-ın müxbirinin suallarını cavablandırarkən deyib.

“Biz bu çox mürəkkəb məsələlərin həllinə nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – Prays deyib və Vaşinqtonun tərəflərlə həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla əməkdaşlıq səylərini xatırladıb. “Keçən il bir neçə dəfə bunu üçtərəfli şəkildə etmək imkanımız oldu”, – o əlavə edib.

Turan-ın “Dövlət katibi Blinkenin danışıqların harada dalana dirənməsi barədə dəqiq təsəvvürü varmı?” sualının cavabında Prays deyib: “Bizim vəziyyətlə bağlı yaxşı təsəvvürümüz var. Laçın dəhlizilə bağlı müxtəlif narahatlıqlarımız var. Biz orada vəziyyətin pisləşməsindən narahatıq. Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi təkcə dövlət katibinin yox, həm də bu binadakı digər şəxslərin diqqət mərkəzindədir”, – o qeyd edib.

“Vaxtaşırı təbii qazın verilməsində və digər zəruri kommunal xidmətlərin göstərilməsində fasilələr pisləşən humanitar vəziyyəti daha da ağırlaşdırır. Biz kommersiya və şəxsi səfərlər də daxil olmaqla, dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırırıq.

Hesab edirik ki, bu çıxılmaz vəziyyətin yoluna qoyulması həmin ərazidə yaşayan əhalinin təhlükəsizliyini və rifahını təmin edəcək”, – Prays əlavə edib.

O, vəziyyətdən çıxış yolunu danışıqlarda görür. “İrəliyə doğru yol danışıqlardan keçir”, – o, fikrini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki