image-1642403224_tuncayla_aqilbackend

Aqil Abbasın rəis oğluna töhmət verildi

image-reklam_sirab_01

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Veteninfo.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki