image-milli-meclis_700x390_17_700x390backend

Azərbaycan münasibətlər normallaşana qədər ekstradisiya konvensiyasını Ermənistana tətbiq etməyəcək

image-reklam_sirab_01

“Ekstradisiya haqqında” Avropa Konvensiyasının müddəları münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Bununla bağlı “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki