image-img-20220604-wa0050backend

Azərbaycan qara qızılın mənbəyidir

image-reklam_sirab_01

Azərbaycan qara qızılın mənbəyidir.

 

 

Bu gün davam edən inkişaf dinamikasında Azərbaycan ənənələrinə sadiq şəkildə irəliləyir. Neft-qaz, enerji istehsalı sahələrinin inkişafına xüsusi diqqət əksik edilmir. Xarici ölkələrlə əməkdaşlıq daha da inkişaf etdirilir. XX əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə  Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Azərbaycan zəruri infrastruktura malikdir.Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. SOCAR və BP strateji tərəfdaşdırlar. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü çoxsayda dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış neft Sazişi Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu Saziş müstəqil, azad Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə əbədi həkk olundu. Yeri gəlmişkən, bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzaladı.

Məhz bütün sahələrdə olduğu kimi Neft və qaz, enerji istehsalı sahələrində də Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm qaynaqlı ənənələri davam etdirir. Bu gün işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonlarında da elektrik enerjisi istehsalı başlanılıb.

 

Güllü Məmmədova /YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki