image-minskbackend

Azərbaycan xalqı Minsk qrupunun daimi səfərlərindən yorulmuşdu.

image-reklam_sirab_01

 

Heydər Əliyevin prezidentlik dövrlərinə nəzər salsaq, onun beynəlxalq səviyyələrindəki görüşlərində əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsi idi. Onun sayəsində Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyəti dünya ictimaiyyətinə məlum olmuşdu. Yaranmış olan İKT, NATO, Avropa dövlətlərinin təmsil olunduğu ATƏT , Avropa Şurası , Avropa İttifaqı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı olan qətnamələri, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi əsasını dəstəkləyirdi. 1991-ci ildə ATƏT Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlamaq üçün Minsk qrupu yaratmışdı. Və 1994-cü il də Budapeşt sammitində təəssüf hissi ilə demək istəyirəm ki, Azərbaycanın torpaqlarında, sərvətində gözü olan Rusiya,ABŞ, Fransa Minsk qrupunun həmsədrləri seçildi. Bu ölkələrin adlarından bəlli olur ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə sülh yolu ilə həll edilməyəcək. Bunun üstündən çox keçmir cəmi 2 il sonra 1996-cı il də Lissabon sammitində Azərbaycanın mövqeyi və ərazi bütövlüyü dünyanın 53 dövləti tərəfindən tanındı və bu haqda bəyanat verildi. Lakin ona rəhbərlik edən Rusiya,ABŞ, Fransanın qeyri-obyektiv yanaşması və Ermənistanın qeyri-əməl mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində nəticələr əldə etməyə mane olurdu. 2001-ci il də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Heydər Əliyev və Rober Koçaryan iki dəfə Paridə fəal danışıqlar etdilər. Lakin aparılan danışıqlar gərgin şəraitdə keçdi. Heydər Əliyev müdrik şəxsiyyət idi. Bu məsələnin sülh yolu ilə həll edilməyəcəyini artıq anlamışdı və müharibə şəraitinin artdığını söyləyirdi. Minsk qrupunu həmsədrləri isə “ münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanların daha böyük müsibətlərə məruz qalacaqlarını” bildirmişdi. Əslində, narahat olduqları məsələ aydındır ki, bu deyildi. Bu danışıqların uzadılması Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanmasının alternativ yolu idi. 2003-cü il də Azərbaycan prezidenti seçilən İlham Əliyev də dəfələrlə Minsk qrupunun həmsədrlərini qəbul etdi. Və İlham Əliyev Minsk qrupunun Rusiyadan, Amerika Birləşmiş Ştatlarından və Fransadan olan həmsədrləriylə söhbəti zamanı Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illər öz həllini tapılmamasından narahatlıq hissini bildirdi. 2018-ci il də Nikol Paşinyanın baş vəzir seçildikdən sonra danışıqlarda etdiyi bəyanat həll prosesinə zərbə vurdu. Sülh danışıqlarının getdiyi bir dönəmdə N.Paşinyanın 2019-cu il də “ Qarabağ Ermənistandır və nöqtə” deməsi sülh prosesinə ağır zərbə vurdu. 2020-ci il də qondarma “ Dağlıq Qarabağ Respublikası” nın prezidentinin and içmə mərasiminin keçirilməsi , parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı, Aərbaycanın işğal olunmuş şəhərlərinə ardıcıl qanunsuz səfərlər və.s təxribatçı davranışlarla Emənistan höküməti Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünyaya göstərdi. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Azərbaycana edilən haqsızlıqlara sadecə tamaşa etdi. Bu yerdə demək yerinə düşər ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti elə bundan ibarətdir. Xalq üçün bu danışıqlar artıq heç bir arqumentə sığmırdı. Xalq Minsk qrupunun daimi səfərlərindən yorulmuşdu. Heydər Əliyevin “ Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” kəlamından çıxış edərək demək istəyirəm ki, İlham Əliyev xalqı nəzərə alaraq Minsk qrupu ilə danışıqlara son qoydu və 2020-ci il sentyabrın 27-si müharibə əmrini verdi.

Bu gün mən zəfər çalmış xalqın vətəndaşıyam! Bəlkə də, ATƏT- in Minsk qrupunun “yaxşı niyyətlə” uzatdığı danışıqlar olmasaydı, elə Heydər Əliyevin dövründə bu zəfər bizim idi.

Qeybaliyeva Rəhiməxanım Xəzər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki