image-reklam-veteninfo
image-1backend

Tramp Netanyahunun F-35 açıqlamasına qəzəbləndi – Ağ Evdən diqqətçəkən iddia  

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı səsləndirdiyi tənqidlərdən narazı qaldığı iddia olunub.

Vətəninfo.az xəbər verir ki, Axios portalının iyulun 16-da Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Netanyahunun Vaşinqtonun Ankaraya F-35 döyüş təyyarələrinin mümkün transferi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Məlumata əsasən, Netanyahu iyulun əvvəlində Fox News telekanalına müsahibəsində Türkiyənin F-35 qırıcıları əldə etməsinin Yaxın Şərqdə qüvvələr balansını dəyişə biləcəyini bildirərək bu satışa etiraz edib.

Axios-a danışan Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp həmin müsahibədən sonra “qəzəbli” olub.

Portalın istinad etdiyi digər mənbə isə bildirib ki, ABŞ prezidenti Netanyahunun bu məsələ ilə bağlı ictimai şəkildə fikir bildirmək haqqının olmadığını düşündüyünü hesab edir.

Qeyd edək ki, Ağ Ev və İsrail hökuməti bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki