“Atletiko Madrid” klubunun baş direktoru Migel Anhel Gil Julián Álvarezlə bağlı klubun mövqeyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, argentinalı futbolçunun transferi ilə bağlı mövqe həm oyunçuya, həm onun nümayəndələrinə, həm də “Barselona” klubunun prezidenti Joan Laportaya çatdırılıb.
“Onların Álvarezlə bağlı təklifinin müddətsiz olmadığını Laporta özü də deyib. Bizim cavabımız isə dəyişməzdir: Julián satılmır”, – deyə Migel Anhel Gil bildirib.
“Atletiko Madrid” rəhbəri qeyd edib ki, klub hücumçunu daha əvvəl 100 milyon avroya satmayıb və daha yüksək məbləğlər qarşılığında da onunla yollarını ayırmaq niyyətində deyil.
“Biz onu 100 milyon avroya satmadıq. 150, hətta 200 milyon avroya da satmayacağıq”, – deyə klub rəsmisi vurğulayıb.
Məlumata görə, “Barselona”nın Julián Álvarezə maraq göstərdiyi bildirilir, lakin “Atletiko Madrid” argentinalı hücumçunu əsas heyət planlarının mühüm hissəsi hesab edir.


























