image-reklam-veteninfo
image-1backend

Elxan Şahinoğlu: “Rusiya Azərbaycanın strateji tərəfdaşı deyil, sadəcə tərəfdaşıdır”

image-reklam-veteninfo

Politoloq Elxan Şahinoğlu Rusiya-Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.

O bildirib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı deyil, yalnız tərəfdaşıdır. Politoloqun sözlərinə görə, Rusiya böyük və qonşuları üçün potensial təhlükə yaradan dövlət olduğuna görə, Bakı Moskva ilə münasibətləri normal səviyyədə saxlamağa çalışmalıdır.

“Lakin hər hansı təxribat cavabsız qalmamalıdır”, – deyə Şahinoğlu qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycan iqtisadi və ticarət əlaqələrinin inkişafında, eləcə də qarşılıqlı faydalılıq prinsipi əsasında birgə iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Bununla yanaşı, ölkənin daxili işlərinə müdaxiləyə yol verilməməlidir.

Elxan Şahinoğlu qeyd edib ki, “Xankəndidə konsulluq açılması” və “Bakıda Rus evinin bərpası” kimi təkliflərə Azərbaycanın cavabı mənfi olmalıdır.

“Rusiyalı rəsmilər və diplomatlar bu məsələləri dəfələrlə gündəmə gətirməyə çalışsalar belə, mövqeyimiz dəyişməməlidir”, – deyə politoloq bildirib.

O, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşə də məhz bu baxımdan yanaşdığını qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki