image-reklam-veteninfo
image-img_9808backend

NAHİD CANBAXIŞLI YAZIR: Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir?

image-reklam-veteninfo

Naxçıvan Muxtar Respublikasında baş verən son kadr dəyişiklikləri və bunun ətrafında yaranan informasiya tozu, əslində, uzun müddətdir davam edən idarəetmə böhranının növbəti pərdəsidir. “Etiraz edib getdilər” pafosu ilə pərdələnməyə çalışılan bu proses, əslində, sistemin öz kadrlarını artıq “həzm edə bilməməsinin” göstəricisidir. Naxçıvana kənardan gətirilən və dövlət proqramlarının icrasını “iflic edən” bu şəxslərin fəaliyyəti, kadr təyinatlarının hansı meyarlarla həyata keçirildiyini ciddi şübhə altına alır. İllərlə muxtar respublikanın taleyi ilə bağlı qəbul edilən mühüm layihələrin “böyrü üstə qalması” sadəcə bacarıqsızlıq deyil, bu, məsuliyyətsizlikdir.

Dövlətin strateji əhəmiyyətli qurumlarını təcrübə meydançasına çevirmək kimə lazımdır Səlahiyyətli Nümayəndəliyin iş prinsipindəki qeyri-şəffaflıq və kadrların “yuxarı vəzifə” iddiası ilə şantaj dili işlətməsi, bu qurumun daxili mühitinin nə qədər sağlam olmadığını göstərir. Əgər bir qurumda kadrlar öz işlərini tərk edərkən belə bir qalmaqal yarada bilirlərsə, deməli, orada iş intizamı və rəhbərliyin nüfuzu ciddi şəkildə sarsılıb. Niyə Tükəzban Quliyeva kimi fəaliyyəti ilə fərqlənməyən şəxslərin hələ də sistemdə qalması izah edilmir? Bu “seçməcə” yanaşma hansı maraqlara xidmət edir Naxçıvanda dövlət proqramlarının uğursuzluğa düçar olması sadəcə kağız üzərində qalan rəqəmlər deyil; bu, bölgənin iqtisadi və sosial inkişafının ləngidilməsi deməkdir. Təriflər və “həqiqəti tapmaq” iddiaları ilə vaxt itirmək əvəzinə, bu “yarımçıq” fəaliyyətin hesabını kim verəcək Səlahiyyətli Nümayəndəlik, kadrları “yola salmaqla” məsələni həll etdiyini düşünürsə, yanılır. Problem sadəcə gələnlərdə və ya gedənlərdə deyil, kadrların seçimindən tutmuş, onların fəaliyyətinə nəzarət mexanizminin tamamilə işləməməsindədir. Naxçıvanın inkişafı üçün “layiqli kadr” axtarışı bir yana, artıq sistemin özünün “layiqli idarəetmə” modelinə keçməsinin vaxtı çoxdan çatıb.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki