Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfər edəcəyi gözlənilir.
Vətəninfo.az daxil olan məlumata görə, dövlət başçısı səfər çərçivəsində Naxçıvanda yeni elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edəcək.
Səfər zamanı regionda həyata keçirilən enerji layihələri və digər inkişaf proqramları ilə bağlı tədbirlərin də keçirilməsi nəzərdə tutulur.


























