image-photo-2022-07-21-16-25-20-1backend

“Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir”

image-reklam_sirab_01

Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına olan daxili tələbatının tam və davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi və digər strateji məsələlərin həllindən ibarətdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm iştirakçısına çevrildi. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi. Hazırda neft-qaz sənayesi ölkəmizin makroiqtisadi göstəricilərinə, xüsusilə iqtisadi artım sürətinə, sənaye istehsalının, ixracatın və investisiyaların həcminə, büdcə gəlirlərinə böyük təsir göstərməkdədir. Neft-qaz gəlirlərindən qaynaqlanan iqtisadi inkişaf regional infrastrukturların yeniləşməsinə, qeyri-neft sektorunun tərəqqisinə və yeni iş yerlərinin açılmasına güclü stimul verir. Azərbaycan ildə istehsal etdiyi təxminən 28 milyard kub metr qazın yarıdan bir qədər azını, 50 milyon tondan çox neftin beşdə birini daxili ehtiyacların ödənilməsinə, qalanını isə xarici ölkələrə ixraca yönəltmişdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Gülüstan Kərimli
Nəsimi rayon təhsil işçisi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki