image-media-1f1357ff-ff76-439a-b854-491d8c7988b0-px2zul5h19m6sj8airce-620x460backend

Bakı Şəhər Ticarət Departamenti  küçəni işğal edən Ramiz Hacıyevə məxsus köşkü niyə götürmür?

image-reklam_sirab_01

Vətəninfo.az 30.03.2023-cü il tarixindəSabiq rəis Füzuli – Süleyman Rüstəm küçəsini işğal edib” başlıqlı xəbər yayınlayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin  sabiq rəisi Ramiz Hacıyev vəzifəsindən sui-istifadə edərək paytaxt Bakının küçə və prospektlərində öz yaxın qohum-qardaşına ticaət köşkləri peşkaş çəkib.  Xəbərdə qeyd edilirdi ki, belə köşklərdən biri qanunsuz olaraq  Füzuli küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşdirilib. Köşkün  bu ünvanda Ramiz Hacıyevin hansı qohumuna məxsus olduğunu araşdırdıqda isə, məlum oldu ki, sabir departament rəisi bu köşkü qardaşı Hüseyin Hacıyevə hədiyyə edib. Bu o Hüseyn Hacıyevidir ki, o bu gün Bakı Şəhər Reklam və İnformasiya idarəsində  xod gedən məmurlardan biridir.  Cənab Hüseyin Hacıyev Füzuli küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində, paytax sakinlərininin və qonaqların müntəzəm istifadə etdiyi bir hissəyə qoymaqla təkcə piyadaların deyil,eyni zamanda fiziki məhdudiyyətli vətəndaşların istifadə etdiyi bölmələri belə zəbgt edib. Redaksiya olaraq araşdırma aparan zaman məlum olur ki, Hüseyin Hacıyev qulluq vəzifəsindən istifadə edərək qanunsuz şəkildə qardaşı Ramiz Hacıyev vasitəsi ilə əldə etdiyi köşkü qeyd olunan ünvana qoyan zaman, Füzuli küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən “Turkaz”restoranın sahibləri ilə əlbir olub. Yəni necə və hansısa formada bu restoranın sahibini də yoldan çıxararaq küçənin ortasına köşkü yerləşdirib və müəyyən adamlara icarəyə verib. Bu gün də həmin köşkdə ticarət həyata keçirənlər “Ramiz və Hüseyin Hacıyevlər bizə kor deyib, gəl-gedənə vur deyib” şüarın özlərinə bayraq edərək,küçənin ortasına  soyducuları və digər avadanlıqları düzərək əhalinin gediş-gəlişinə ciddi maniələr yaratmadadırlar.

Biz redaksoya olaraq ilk informasiyanın yayılmasından sonra köşkün ərazidən götürlməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti rəhbərliyinin müvafiq addım atacağını gözləyirdik. Amma görünür qeyd etdiyimiz  departament rəsmiləri Hüseyin Hacıyevin onalra təyziq edəcəyindən narahat olurlar. Əks halda qanunsuz olaraq qoyulan bu köşk tez bir zamanda götürülməliydi.

image-media-46b6cd7c-fa78-45c8-ba93-9c2363bf0ee9-au0trwjshik14ov6p5zx image-media-fc4acffd-7a46-4a34-99ea-5c542c0da3e1-i6qx3epyonh59sc8mw72 image-media-2611100e-0ec5-414a-bc0f-96ef9f9ae725-agns7rmyzbj2okp03xl5 image-media-02c2562b-923f-40bc-873b-756a5f4c0b32-6a5sfhgeq0v3c9u2lyxz image-media-f340c5ac-1e4b-4b74-84bf-55e94345c8ab-rwc4spmh9gb8i7k65oe0 image-media-40389180-c832-43ee-9b9a-c7cd71684e05-kxgo0htvpb27m1ecyzri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image