image-f62b5df5-c565-3254-831e-7b4c39d4f50b_850backend

Baş Prokurorluq: “Gəncədə erməni terroru nəticəsində milyonlarla manat dəyərində maddi ziyan dəyib”

image-reklam_sirab_01

“Gəncədə erməni terroru nəticəsində mülki şəxslərə milyonlarla manat dəyərində maddi ziyan dəyib”.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınmaqla, döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücümlar təşkil olunub: “4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan, 1 nəfər isə Rusiya vətəndaşı) mülki əhali qəsdən öldürülüb. Öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olub.

Araşdırmaya əsasən, təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci) olmaqla ümumilikdə 863 700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla manat dəyərində məbləğdə maddi ziyan dəyib”.

2020-ci il 11-17 oktyabr tarixlərində hər tarixdə 3 ailə olmaqla 6 ailə tamamilə məhv edilərək qəsdən öldürülüb: “Qeyd olunan faktlarla bağlı 4 oktyabr 2020, 11 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 3 cinayət işi başlamaqla ibtidai istintaq aparılıb”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki