image-ffc9981b-1867-326a-978e-56442bbbb5f3_850backend

Bərdədə çayxana sahibi həbs olundu

image-reklam_sirab_01

Bərdədə çayxana sahibi həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən çayxana müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən çayxananın gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyektin sahibi Ələsgər Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki