image-bextiyar-1backend

Bəxtiyar Hacıyevin təcridxana “MONOLOQU”: İctimai fəal öz bleflərinin “tor”una ilişib

image-reklam_sirab_01

Xuliqanlıq və məhkəməyə hörməttsizlik ittihamları ilə dekabrın 9-da barəsində həbs qətimkan tədbiri seçilən ictimai fəal Bəxtiyar Hacıyev qazandığı “təcrübə”dən təcridxanada olarkən də öz faydası naminə yararlanmaq fürsətini qaçırmır.

Bir neçə gün əvvəl səs yazısı yayılan və dövlətin mühüm qurumlarından biri ilə işbirliyində olduğu üzə çıxan Hacıyev bununla reputasiyasının ciddi zərbə aldığını fərq edərək, vəziyyəti düzəltmək üçün saxlandığı təcridxanadan tez-tələsik açıqlama vermək məcburiyyətində qaldı.

Öncə ümumi şəkildə qeyd edə bilərik ki, Hacıyevin bu açıqlamasında yer alan iddialar “Harvard məzunu”nun özünümüdafiə instinktindən doğan növbəti uğursuz və özünü baş verənlərin fövqündə göstərməyə hədəflənən cəhdidir. Bu da başadüşüləndir.

Çünki ictimai rəydə “radikal” və “prinsipial” aktivist kimi görünməyə çalışan Hacıyevin reallıqda dövlət qurumu ilə birbaşa olmasa da, dolayısı ilə əməkdaşlığının aşkarlanması onu çıxılmaz vəziyyətə salır. Adam bu durumda nə etməlidir? Əlbəttə, diqqəti yayındırmaq üçün “səs-küy” doğuracaq əks-gedişə əl atmalıdır.

Hacıyev vurğulanan açıqlamasında özünü cəmiyyətə dövlət üçün “fövqəladə əhəmiyyətə malik” persona qismində göstərir. Onun iddiasına görə, sən demə, ölkədə xüsusilə, 2018-ci ildən sonra vüsət alan köklü islahatların növbəti dalğasının təşəbbüskarı az qala onun özüdür.

Guya adamın fikirləri o dərəcədə qiymətli və vazkeçilməzdir ki, hətta dövlət başıçısı (!) belə 2019-cu ili əvvəllərində onun “dəyərli” təkliflərini dinləməyə ehtiayc duyub. Ardınca isə əvvəl bir, sonra isə digər vacib dövlət qurumlarının rəhbərləri onunla təmas quraraq mövqeyini öyrəniblər. Lakin prosesin gedişatı Hacıyevi “qane etmədiyindən”, o əməkdaşlıqdan kənarlaşıb və 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılıb. Bəli, ictimai fəalın təcridxanadan yaydığı açıqlamanın qısa rezümesi bundan ibarətdir.

Bəxtiyar Hacıyevin kimliyini, ictimaiyyətə məlum olan fəaliyyətini və müəyyən davranışlarını nəzərə aldıqda, onun bu iddialarının bəsit blef olduğunu əminliklə söyləmək mümkündür. Zatən, aktiv fəaliyyətə başladığı müddət ərzində adamın bu sayaq gedişlərinin sayı-hesabı yoxdur. Digər tərəfdən, məişət səviyyəli qalmaqalları ilə də diqqət mərkəzinə düşməyə imkan tapan bu aktivist öz ciddiliyini çoxdan itirib.

Doğrudur, adamda vəzifə ehtirası yetərincə güclüdür. Hətta o qədər güclüdür ki, səlahiyyət əldə etmək məqsədilə pərdəarxası işbirliyində olduğu tərəfi əks qütbdəki başqa tərəflə dəyişməkdə əsla çətinlik çəkmir. Bu kəskin “dönüş”lərini rəngləmək üçün demaqoji bacarığından ustalıqla faydalanaraq mövqe dəyişikliyini “əsaslandırmaq” ondan ötrü su içimindən də asan işdir.

Son açıqlamasında iddia etdiyi kimi, “islahat tərəfdarı” olan Bəxtiyar Hacıyev 2020-ci il parlament seçkilərində növbəti dəfə “cinah”ı dəyişdi və onun sorağı artıq Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırılan, lakin ciddi təsir imkanlarını hələ də qoruyub saxlayan Ramiz Mehdiyevin çevrəsindən gəlməyə başladı.

Hər halda, onun bu seçimi Makiavellinin yazdığı və bolşeviklərin də kredosuna çevrilən “məqsəd vasitəyə haqq qazandırır” prinsipindən qaynaqlanırdı. Yəni vəzifəyə can atan Hacıyev üçün bu məqsədə kimin dəstəyi ilə yetişməyin fərqi olmayıb və indi də yoxdur.

Ona görə də adam öz “monoloq”unda nədən istəsə, danışa, nə istəsə uydura bilər. Ancaq ədəbi personaj professor Volandın sözləri ilə desək, fakt çox inadkar şeydir. Bəxtiyar Hacıyevi “bataqlığa” salan faktlar isə təxmin edildiyindən daha çoxdur…busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki