image-e638b345-0333-4eee-b736-11c20a25e9a3backend

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanıldı

image-reklam_sirab_01

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veteninfo.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki