image-b682783f-64cf-4c61-af52-1daa31c10210backend

DİN-dən Bəhram Bağırzadənin paylaşımına MÜNASİBƏT

image-reklam_sirab_01

Bəhram Bağırzadənin videosu çəkindirici xarakter daşıyır”.

Veteninfo.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı  yumoristik videoya münasibət bildirərkən deyib.

DİN rəsmisi qeyd edib ki, Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamı, sənətkardır:

“Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı paylaşım edib. Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki