İran ABŞ-la vasitəli danışıqları bərpa etməyə hazırdır. Bunun üçün Vaşinqtonun dürüst diplomatiya yolunu seçməsi vacibdir.
Vətəninfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
O, Qətər və Pakistanın danışıqlar prosesində fəal vasitəçilik rolunu xüsusi qeyd edib.
Əraqçının sözlərinə görə, ABŞ diplomatik həll yoluna üstünlük verərsə, Tehran əməkdaşlığa açıqdır. Əks halda, hərbi əməliyyatlara və aldatma cəhdlərinə daha sərt cavab veriləcək.
“Əgər onlar dürüst diplomatiyanı seçsələr, biz əməkdaşlığa hazırıq. Yox, əgər aldatmaq və hərbi əməliyyatlar keçirmək niyyətindədirlərsə, əvvəlkindən daha acı və sərt cavab alacaqlar”, – deyə İran XİN rəhbəri vurğulayıb.
Nazir, həmçinin Hörmüz boğazının açılması ilə bağlı Tehranın şərtlərinin dəyişməz qaldığını bildirib.
Onun sözlərinə görə, həmin şərtlər qəbul edilərsə, boğaz açılacaq və danışıqlar prosesi bərpa olunacaq. Əks təqdirdə isə mövcud vəziyyət davam edəcək.


























