Almaniyada milyonlarla ailə yaxın aylarda qaz və elektrik enerjisi üçün daha çox pul ödəməli olacaq. Dekabr-fevral aylarında yerli enerji təchizatçılarının baza tariflərində qiymətləri orta hesabla 8 faiz artıracağı gözlənilir.
Bu barədə Almaniyanın DPA agentliyi “Verivox” analitik portalının məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, regional enerji təchizatçıları dekabr, yanvar və fevral ayları üçün ümumilikdə 329 qiymət artımı elan ediblər. “Verivox”un eksperti Torsten Stork bildirib ki, 2026-cı ilin fevralında İranla müharibənin başlanmasından sonra topdansatış bazarında qaz və elektrik enerjisinin qiymətində qeydə alınan kəskin artım artıq istehlakçıların hesablarına da təsir göstərməyə başlayıb.
Bildirilib ki, Almaniyada topdansatış qaz qiymətləri ilin əvvəlindən etibarən təxminən üç dəfə artıb. Rusiya boru kəmərləri ilə qaz tədarükünün dayandırılmasından sonra ölkənin mayeləşdirilmiş təbii qazdan (LNG) asılılığı artıb. Yaxın Şərqdəki münaqişə isə qlobal enerji bazarında qiymət təzyiqlərini gücləndirib.
Qiymət artımının ailə büdcələrinə təsiri də kifayət qədər ciddi olacaq.


























