image-reklam-veteninfo
image-1backend

Rusiyanın Kiyev vilayətinə dron hücumu: 4 nəfər ölüb, dağıntılar altında qalanlar var

image-reklam-veteninfo

Rusiyanın Ukraynanın Kiyev vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində azı 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və yerli rəsmilər məlumat veriblər.

Məlumata görə, Kiyev yaxınlığındakı Dımer qəsəbəsində bazar günü səhər saatlarında Rusiya PUA-sının zərbəsi nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Binanın dağıntıları altından üç nəfərin meyiti çıxarılıb. Təxminən 10 nəfərin isə dağıntılar altında qala biləcəyi ehtimal olunur.

Volodimir Zelenski “X” sosial şəbəkəsindəki paylaşımında hücum nəticəsində binanın bir hissəsinin uçduğunu bildirib. Onun sözlərinə görə, xilasedicilər doqquz nəfəri təxliyə edib, yanğının yayılmasının qarşısını alıblar.

Yerli rəsmilər Dımerdə biri yeniyetmə olmaqla dörd nəfərin yaralandığını açıqlayıblar.

Həmin gün Kiyevin cənub-qərbində yerləşən Vişneve şəhərində də hücum qeydə alınıb. Rusiya PUA-sının ərzaq mağazasına zərbə endirməsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə yerlərində xilasetmə və axtarış əməliyyatlarının davam etdirildiyi bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki