image-reklam-veteninfo
image-1backend

Ukrayna dronlarla Rusiyanı ürəyindən VURDU

image-reklam-veteninfo

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tatarıstan Respublikasında neft infrastrukturuna zərbə endirib. Hücumun Əlmət şəhəri yaxınlığındakı neft obyektlərindən birinə yönəldiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mediası Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir neçə obyektə ziyan dəyib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, Tatarıstan Rusiyanın mühüm neft sənayesi mərkəzlərindən biridir. Regionda neft hasilatı, emalı və saxlanılması ilə bağlı strateji əhəmiyyətli obyektlər yerləşir.

Hücumun neft infrastrukturuna vurduğu ziyanın dəqiq miqyası və obyektlərin fəaliyyətinə təsiri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki